Azər­baycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər saxlanılıb - FOTOLAR

832
Azər­baycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər saxlanılıb - FOTOLAR

“Şəmkir” sərhəd dəstə­sinin xidməti ərazisində külli miqdarda pi­ro­texniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qar­şısı alınıb, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azər­baycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Mynews.az-a verilən məlumata görə, 15 avqust tarixində Gürcüstan ilə dövlət sərhədində Ehram çayı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd “XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd “Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd “X-nova”, 10 ədəd “Ku Fly”, 20 ədəd “Etel”, 10 ədəd “Odsen-6700”, 10 ədəd “Kgtell” markalı mobil telefon qutuları aş­karlanıb.

18 avqust tarixində Göytəpə sərhəd dəstəsinin xidməti əra­zisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zas­tavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunub və dərhal keçirilmiş sərhəd axtarışı əməliy­yatı nəti­cəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin İran vətən­da­şı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Mə­həmməd ol­ması, 2018-ci ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azər­bay­cana gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qur­ma­sı, “Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qa­da­ğa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum ol­ub. Sərhəd pozucusunun üzərində Azər­bay­canda yaşa­maq üçün bir illik icazə vəsiqəsi, 1 ədəd “Samsunq” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İİR realı, 58 AZN, İİR-ə məxsusu müxtəlif 6 ədəd, AR-ə məxsus plastik kart aşkar olunub.

Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti