Qurban bayramı ilə əlaqədar qılınan namazda dünyada müharibələrin baş verməməsi, işğal altındakı torpaqlarımızın tezliklə azad olunması, Vətən torpağını qoruyanlar, bu dünyadan köçənlər, bu məsciddə namaz qılanlar üçün dualar etdik.
Mynews.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib.
Şeyxülislam bildirib ki, bayram namazında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anılıb:
“Biz ölkəmiz və xalqı üçün dualar etdik. İnşallah, Allah dualarımızı qəbul edəcək”.
Bu il Həcc ziyarətinə gedən zəvvarlarla bağlı danışan QMİ sədri əlavə edib ki, onların heç bir çətinliyi yoxdur, müqəddəs məkanda ibadətlərini edirlər:
“Hacılarımızın ziyarətdən sağ-salamat qayıtmalarını arzulayıram”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub