Avqustun 24-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində İsmayıllı, Şamaxı, Ağsu, Qobustan və Qəbələ rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
Fövqəladə Hallar Nazirliyindən Mynews.az-a bildiriblər ki, nazir tərəfindən qəbul edilən 15 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 42, digər məsələlərlə bağlı müraciət etmiş 28 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub