Məktəbli formasının qiymətlərində bahalaşma yoxdur.
Mynews.az-ın məlumatına görə, bunu açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
Qiymətlərin ötənilki səviyyədə saxlanıldığını bildirən E.Əzimovun sözlərinə görə, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat, köynəklər 8 manat, o cümlədən jilet 8 manat təşkil edir:
“26-54 ölçülü bütün köynəklərin və jiletlərin qiyməti 8 manatdır. 26-42 ölçülü şalvarlar 15 manat, 42 ölçüdən yuxarı şalvarlar 18 manat təşkil edir. I-VI siniflər üçün yubkalar 15 manatdır. Vll-XI siniflər üçün yubka sarafanlar 18 manatdır”.
Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçaların Türkiyədən gətirildiyini deyən E.Əzimov geyimlərin keyfiyyətli olduğunu qeyd edib. Hətta əlavə edib ki, geyimlərin dayanıqlılığına azı bir il zəmanət verirlər.
Qeyd edək ki, türk lirəsinin ucuzlaşması bazarda Türkiyə istehsalı olan ucuz məktəbli geyimlərinin peyda olmasına gətirib-çıxarıb.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub