Bu gün səhər saatlarında Bakı metrosunda gərgin anlar yaşanıb.
Mynews.az xəbər verir ki, səhər saat 08 radələrində metronun “Ulduz” stansiyası ilə “Nərimanov” stansiyası arasında hərəkət edən qatarda texniki nasazlıq yaranıb.
Qatarda olan sərnişinlər gərginlik yaşayıblar. Qatar platformaya çatıb və sərnişinlər vaqonlardan düşürdülüb. Qatar depoya göndərilib.
Hadisə nəticəsində “Nərimanov”, “Gənclik” və “28 may” stansiyalarında qatarlar gecikdiyi üçün sərnişin sıxlığı yaşanıb. Eləcə də, “Sahil”, “İçərişəhər”, “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 yanvar” stansiyalarında da sıxlıq müşahidə edilib.
Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, qatarda yaranmış texniki nasazlıq nəticəsində “Həzi Aslanov” stansiyası ilə “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində hərəkət edən qatarların hərkətində 7 dəqiqə gecikmə qeydə alınıb.
“Texniki nasazlıq yaranan qatar depoya göndərilib. Hadisə nəticəsində yaranmış qrafik pozuntusu yarım saat davam edib”, - deyə Bəxtiyar Məmmədov bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub