Xocalı rayonundan məcburi köçkün, Goranboy rayon Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşan Rəsmiyyə Qarayevanın ailəsinin mövcud vəziyyəti ilə bağlı mediada dərc olunan müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mynews.az-a verilən xəbərə görə, nazirlik əməkdaşları ailənin məskunlaşdığı Goranboy rayon Yuxarı Ağcakənd qəsəbəsinə gedərək ailənin durumu ilə yerində maraqlanıblar.
Rəsmiyyə Qarayevanın oğlu Elgün Qəhrəmanovun penitensiar müəssisədən cəza çəkməkdən azad edildiyi nəzərə alınaraq, müvafiq qanunvericiliyə əsasən ona minimum əmək haqqının 4 misli məbləğində (520 manat) birdəfəlik pul müavinətinin ödənişi təmin olunub.
Eyni zamanda R.Qarayevanın müraciətinə uyğun olaraq, oğlu Elgün Xocalı rayon Məşğulluq Mərkəzi tərəfindən yaşadığı qəsəbədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında Mənzil İstismar Departamentinin Goranboy rayon Mənzil İstismar Sahəsində mövcud olan vakant iş yerində işlə təmin edilib.
Bundan əlavə, məşğulluq mərkəzi R.Qarayevanın ailəsinin kiçik təsərrüfatını qurması üçün potensialının olduğu nəzərə alınmaqla, ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün müvafiq işlərə başlayıb.
1
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
395 dəfə oxunub
2
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
372 dəfə oxunub
3
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
367 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
355 dəfə oxunub
5
İlham Əliyev fərman imzaladı
353 dəfə oxunub