Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı sabah başa çatır.
Dövlət İmtahan Mərkəzindən Mynews.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 28-i saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub