USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Dövlət yol polisi Şəki və Mingəçevirdə reyd keçirib

12:49 27.08.2018
Dövlət yol polisi Şəki və Mingəçevirdə reyd keçirib
12:49 27.08.2018

Şəki Şəhər-Rayon və Mingəçevir Şəhər Polis şöbələrinin dövlət yol polisi bölmələrinin əməkdaşları yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Mynews.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə keçirilmiş reyd zamanı hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, konstruksiya dəyişikliyi edilmiş avtomobillər, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək barələrində qanuna uyğun tədbirlər görülüb. Eyni zamanda, həmin sürücülərlə profilaktiki söhbətlər aparılıb, yol hərəkəti qaydaları ətraflı şəkildə izah olunub.

Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.


Xəbər lenti