Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonu Bakıxanov və Zabrat qəsəbələri ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Qurumdan Mynews.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, qarşılaşdıqları problem və çətinliklərlə maraqlanıb.
Görüş iştirakçılarına məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi mərhələli şəkildə həyata keçirilir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinə qayğı ilə yanaşır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu sahədə layihələrin icrasına böyük diqqət göstərir. Dövlətin məcburi köçkünlərə olan qayğısı nəticəsində hər il yeni mənzillə təmin edilən məcburi köçkünlərin sayı artır. Eyni zamanda onların məşğulluğunun təmin edilməsi, maddi rifahının yaxşılaşdırılması üçün də layihələr həyata keçirilir.
Komitə sədri görüş iştirakçılarının müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı izahat verilib.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub