Bakıda marşrut sürücüsü azyaşlı uşağı qucağında oturdaraq avtobus idarə edib.
Mynews.az xəbər verir ki, sərnişinlərdən biri sürücünün şəklini çəkərək “Xəzər” TV-nin “WhatsApp” nömrəsinə göndərib.
Şəkil Nərimanov rayonunda, 24 saylı xətdə hərəkət edən marşrut avtobusunda sərnişinlərdən biri tərəfindən çəkilib.
Sərnişin iddia edir ki, bir azyaşlı uşaq atası ilə avtobusa minib. Uşaq bir müddət sonra ağlamağa başlayıb. Atası onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyib. Sürücü uşağı yanına çağıraraq qucağında oturdub, daha sonra avtobusu idarə etməyə başlayıb.
Humanistlik etmək istəyən sürücü uşağı sakitləşdirmək niyyəti ilə qucağına alsa da, o, bu hərəkəti ilə həm sərnişinlərin, həm də uşağın həyatını təhlükəyə atır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub