Azərbaycanın daha iki rayonuna yeni polis rəisləri təyin edilib.
Mynews.az Report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Beyləqan rayon Polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Şixəliyev vəzifəsindən azad olunaraq İmişli rayon Polis şöbəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vüqar Əliyev Oğuz rayon Polis şöbəsinin rəisi təyin olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub