“Instagram” ulduzu “Yakiboy” ləqəbli Hüseyn Balapur 28 yaşındadır və Sidneydə yaşayır. Özünə “Müsəlman əsgər” deyən Hüseyn bədəni vasitəsilə pul qazana biləcəyini başa düşəndə həyatı dəyişib.
Mynews.az xəbər verir ki, o, sosial şəbəkədə çılpaq fotoları ilə məşhurlaşıb.
Dəniz vasitəsilə İrandan Avstraliyaya miqrant kimi gələn Hüseyn beş ildir Sidneydə yaşayır.
“Instagram”dakı paylaşımları bəyənilmə aldıqca, pul qazanmaq barədə fikirləşib. Paylaşımlarının çoxuna bədənindəki döymələrə görə mənfi rəylər gəlir.
Həmyerliləri ona bunun haram olduğunu deyirlər. Ancaq Hüseyn döymələrini öz dərisi hesab edir.
Xüsusilə, amerikalı qadınların mesaj yazdığı “Yakiboy” evli olduğunu və tezliklə qız atası olacağını bildirir.
“Subay olanda barmaqlarımı şaqqıldadaraq qadınları əldə edirdim. Kişilər qadınlar üçün pul xərcləyir, çanta alır. Mən isə onlara “Lamborghini”yə ehtiyacınız yoxdur, “Lamborghini” mən özüməm” deyirdim”, - deyə Hüseyn söyləyir.
Təhlükəli yollardan keçib Kuinsland şəhərinə gələn iranlı hostellərdə çalışaraq dolanıb.
Tehranda cuicuitsu müəllimliyi etdiyini deyən Hüseyn bildirir ki, Avstraliyaya gələrkən həyatı bir qayıqdan asılı olub.
“Çox pis xatirələrim var. İran heç bir imkanın olmadığı yerdir. İnsanların üzərindən pul qazanan hökumət var”, - deyə “Yakiboy” bildirir.
Həftədə altı dəfə idman salonuna gedən Hüseyn hər fotoya görə 1500 dollar pul qazanır.
Artan izləyicilərinin sayəsində isə qazancı get-gedə artır.