Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sumqayıt çayı üzərindəki körpünün altına kimyəvi maddələr olan kisələrin atılması ilə bağlı daxil olan məlumat Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Mynews.az xəbər verir ki, Nazirlikdən verilə məlumata görə, araşdırma zamanı sözügedən ərazidə hər birinin çəkisi 25.2 kiloqram olan 300-ə yaxın ammonium-bi-flüorid duzu ilə dolu kisələrin atıldığı məlum olub. ETSN-nin Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzinin əməkdaşları tərəfindən kisələr ərazidən yığışdırılaraq təhlükəli tullantılar poliqonuna daşınıb.
Kisələri əraziyə atan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə məktubla müraciət edilib.


1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub