Azərbaycanda Kür-Araz ovalığı, Abşeron yarımadası kimi düzən zonaları quraq ərazidə yerləşdiyindən yerli su ehtiyatlarımız məhduddur.
Mynews.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır:
“Təəssüf ki, bu gün ölkəmizdə içməli sudan ağacların suvarılmasında, avtomobillərin yuyulmasında israfçılıqla istifadə olunur. Çalışmalıyıq ki, bütün sahələrdə sudan istifadə edərkən su itkisi az olsun.
İçməli suya daha çox qənaət göstərməli, ondan texniki məqsədlərlə istifadəyə yol verməməliyik. Bu, yalnız dövlət qurumlarının deyil, bütün istifadəçilərin və əhalinin əsas məqsədi olmalıdır”.
İradə İbrahimova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də bu sahədə əhali arasında geniş və hərtərəfli təbliğat aparmaqdır:
“Nazirlik tərəfindən su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması məqsədilə maarifləndirici videoçarx hazırlanıb. Ümid edirik ki, KİV videoçarxın yayımlanmasında yaxından iştirak edəcək və bu kampaniyaya dəstək verəcəklər”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub