Bu gündən Azərbaycanda DİN tərəfindən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır.
Mynews.az xəbər verir ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərindən köhnə vəsiqələrdən daha üstün olacaq.
Yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilib. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.
Hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və vəsiqələrin dəyişdirilməsi zəruri deyil.
15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur.15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar bu cür tətbiq olunub:
- 10 gün müddətində 4 manat;
- 3 iş günü müddətində 20 manat;
- 1 iş günü müddətində 25 manat.
Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla - yəni etibarlılıq müddəti bitibsə, vəsiqə korlanıbsa, ad soyad, ata adı dəyişdirildikdə, sənəd itirildikdə yalnız bu zaman yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub