USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Kolleclərə ixtisas seçimi başa çatır

10:58 03.09.2018
Kolleclərə ixtisas seçimi başa çatır
10:58 03.09.2018

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Dövlət İmtahan Mərkəzindən Mynews.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəs¬sisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

İxtisas seçmək hü¬ququ olan abitu¬ri¬yent orta ixtisas təhsili müəssisələ¬rinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu¬nu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri¬yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent¬lər müsabiqəyə buraxılmayacaqlar.


Xəbər lenti