Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Elmar Vəliyevin köməkçisini tutduğu vəzifəsindən azad edib.
Mynews.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Niyazi Bayramovun müvafiq əmrinə əsasən Hacızadə Tural Yaşar oğlu icra başçısının köməkçisi vəzifəsindən azad edilərək, onu İnformasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilib.
N.Bayramovun digər əmrinə əsasən, Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub.
Sözügedən xəbəri Gəncə Şəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, K.Məhərrəmov bundan əvvəl də Niyazi Bayramovun Mingəçevir İcra Hakimiyyətində köməkçisi olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub