Zabratda subasma problemi ilə bağlı qərar qəbul olunub.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Baş nazirinin müavini Abid Şərifov deyib.
A.Şərifov bunun ciddi məsələ olduğunu qeyd edib: "Subasma Məhəmmədi qəsəbəsinə gedən yol boyunca müşahidə olunur. Bunun nəticəsində Zabratdakı qəbiristanlıq da su altında qalır. Bu məsələ üzərində "Azərsu" və Ekologiya və Təbii Sərvətlər Nazirliyi çalışır".
Baş nazirin müavini əlavə edib ki, Nazirlər Kabinetinin tapşırığı ilə qiymətləndirmə aparılıb: "Hesab edirəm ki, yaxın zamanlarda "Azərsu" tərəfindən bu istiqamətdə işlər başlayacaq".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub