Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib.
Mynews.az-ın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək istəyir:
"Bu səfər nəticəsində iki ölkə arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə ümid edirik".
T.Kono bildirib ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə sazişin yenilənməsi məmnunluq doğurur: "Bu, əməkdaşlığımızın güclənməsinə daha da təkan verəcək".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub