Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulunun nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən Mynews.az-a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3312 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1386 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaqdır.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7‑dən 12‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.
1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
352 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
345 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
333 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
317 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
317 dəfə oxunub