Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ov mövsümü başladı

"Keçən il 4, 2016-cı ildə isə 12 xarici vətəndaş ov qaydalarını pozduğu üçün 2 min manat cərimə ödəyərək ölkədən qovulub".

Mynews.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə ovçuluğun təşkili və ov mövsümü ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda quş ovu mövsümünə start verilib:

"Ov mövsümü may ayının sonunda artıq açıq elan olunub. Biz hər zaman heyvanların, quşların çoxalma dövrünü nəzərə alırıq. Lakin təcrübə göstərir ki, yerli və xarici ovçular daha çox quş ovuna maraqlıdır. Odur ki, avqustun 24-dən quş ovuna start verilib. Oktyabr ayından isə bataqlıq quşlarının ovuna icazə veriləcək".

H. Əlizadə qeyd edib ki, ov icazəsi ovçuların sayına və icarəyə görə müəyyən edilmir:

"Bu təbiətdə balansı poza bilər. Məlumdur ki, xarici vətəndaş Azərbaycan qanunlarını bilmir. Onlar müavifiq şirkətlərin köməkliyi ilə qurumun nümayəndəliklərinə yaxınlaşırlar. Həmin şirkətlər öhdəlik götürməlidir ki, ovçu qanunlara uyğun hərəkət edəcək. Ov bileti olan ovçu nazirliyə müraciət edir, rüsumu ödəyir və ov icazəsini əldə edir". 

Direktor daha sonra bildirib ki, hazırda məqsəd ölkədə sivil qaydada ovun aparılmasını təmin etməkdir:

"Balansı qorumaq lazımdır. Ümumilikdə, mövsüm başlayandan 10 yerli şirkət ov üçün müraciət edib və müsbət cavab alıb. Burada heç bir süründürməçilik halına rast gəlinməyib. Onların gətirdiyi xarici vətəndaşlar qanunu pozarsa, həmin şəxs 2 min manat ödəyir və ölkədən çıxarılır, həmin şirkətlərlə ov əlaqələrinə isə məhdudiyyət qoyulur. Ən çox pozuntular quş mövsümündə olur. Mövsüm hələ yeni başladığı üçün hələ ki, qanun pozuntusu olmayıb. Milli park ərazilərində, yasaqlıq və qoruqlarda ov edilərsə, cərimə 3 qat ödənilir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...