“Türkiyənin “Marmara trade” şikəti ilə Azərbaycanda sovet dövründən miras qalan gürzə ilanının zəhərinin ixracı üçün danışıqlar aparılır”. Mynews.az bildirir ki bu barədə SİA-ya AMEA-nın Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov məlumat verib.
Alim bildirib ki, sovet dövründən sonra – müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, ilan zəhərinin ixrac edilməsi üçün danışıqlara başlanılıb: “Hazırda Türkiyənin “Marmara trade” şikəti ilə yazışma mərhələsindəyik. Onlar sovet dövründən qalan zəhərin bir hissəsinin alınması üçün müraciət ediblər. Şirkət həmin zəhəri beynəlxalq laboratoriyada analizdən keçirəcək. Zəhərin nə dərəcədə yararlı olması barədə dəqiq məlumat aldıqdan sonra isə danışıqların ikinci mərhələsinə başlanılacaq”.
E.Yusifov qeyd edib ki, sovet dövründən Azərbaycana təxminən 20 kq ilan zəhəri miras qalıb. Bunu çox böyük rəqəm sayan institut direktoru bildirib ki, “Marmara trade” şikəti bu zəhərin 8-10 kq-nı almaq niyyətindədir.
Alim əlavə edib ki, əgər Türkiyə şirkəti ilə aparılan danışıqlar nəticəsində ixrac baş tutarsa, Zoologiya İnstitutu AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Rəyasət Heyəti qarşısında Azərbaycanda ilan zəhərinin sənaye məqsədi ilə istehsalının bərpası məsələsini qaldıracaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub