Yaxın günlərdə “Bakı Metropoliteni” QSC qış rejiminə keçəcək.
Mynews.az bildirir ki, bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovdeyib.
Onun sözlərinə görə, hazırda iş qrafikinin dəyişdirilməsinə hazırlıqlar davam edir:
“Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval 2 dəqiqəyə salınacaq. Nəticədə, “Həzi Aslanov-28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək.
Sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 2,5- 3 dəqiqə olacaq”.
Bəxtiyar Məmmədov qeyd edib ki, şənbə və bazar, eləcə də, bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub