Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun yerinə yeni təyinat olub.
Mynews.az modern.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəis müavini Orxan Əziz oğlu Qasımov Pentensiar Xidmətin rəis müavini təyin edilib.
Qeyd edək ki, təyinat dünən - sentyabrın 10-da gerçəkləşib. O.Qasımov kollektivə təqdim edilib.
Xatırladaq ki, general Hüseyn Əlixanovun adı bir müddət əvvəl məhbuslar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu, qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. Həmin hadisədən sonra - bu ilin mayında general H.Əlixanov vaxtından əvvəl təqaüdə göndərildi.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub