Yeni təhsil proqramları (kurikulum) əsasında məktəb dərsliklərini və metodiki vəsaitləri hazırlayan mütəxəssislər məktəbdaxili qiymətləndirmə sahəsinin həlli üzərində çox ciddi işləməlidirlər.
Mynews.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmənin üsul və vasitələrinin islahatların tendensiyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir:
“Qiymətləndirməyə ciddi elmi-metodiki prinsiplərə əsaslanan, özünəməxsus standartları, formaları, üsulları, vasitələri və bunların reallaşdırılmasına aid prosedurları olan bir sistem kimi yanaşmaq lazımdır. Nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı – təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir.
Odur ki, kurikulum əsasında məktəb dərsliklərini və metodiki vəsaitləri hazırlayan mütəxəssislər bu kimi məsələlərin həlli üzərində çox ciddi işləməlidirlər”.
Məleykə Abbaszadə qeyd edib ki, ümumtəhsil müəssisələrinin V, VI, VII və VIII sinif şagirdləri üçün keçirilən monitorinq imtahanlarının məzmununun müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən işlər ölkədə məktəb təhsili sahəsində aparılan islahatları izləməyə və qiymətləndirməyə imkan verir:
“Buna uyğun olaraq mövcud qiymətləndirmə vasitələri təkmilləşdirilir, yeniləri hazırlanıb tətbiq edilir. Onların yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları araşdırılır. Belə qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından istifadə olunması da diqqət mərkəzində saxlanılır”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub