Gələn il qəbul imtahanları belə keçiriləcək - DETALLAR
![](https://img.mynews.az/news/2018/09/photo_53166.jpg)
"Təhsildə keyfiyyət ili”ndə əldə olunan nailiyyətlər ümid etməyə əsas verir ki, qarşıdan gələn növbəti dərs ilində də düzgün seçilmiş strategiya bizə öz hədəflərimizə çatmaqda kömək edəcək”.
Mynews.az report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili”ndə əldə olunan müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub.
C.Bayramov əlavə edib ki, hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqəli şəkildə gələn ilki qəbul imtahanlarının yeni formatı istiqamətində əməkdaşlıq edilir: ”Qısa olaraq yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur. Əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi. Əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək”.
Cəmiyyət
- Prezident generalı rektor TƏYİN ETDİ
- Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ
- Unun qiyməti qalxdı - VİDEO
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1188 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1142 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1131 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1059 dəfə oxunub