Məscidlərə qadın mollalar da təyin ediləcək.
Mynews.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Rəhimə Dadaşova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, QMİ-nin təlimatlarına uyğun olaraq, təyinat alan qadın mollalar yüksək dini biliklərə sahib olmalıdırlar: "Məscidlərdə QMİ-nin təyinatı ilə işləyən din xadimlərinin daim attestasiyası keçirilir. Onların təhsillli olması, təkmilləşməsi də diqqətdə olan məsələlərdəndir".
R.Dadaşova əlavə edib ki, QMİ fətva verməklə insanlara Aşura məclisinin necə keçirilməsini tövsiyə şəklində bildirir: "Bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanların sayı daha da artıb. Bu günədək qanvermə aksiyalarına ancaq müsbət reaksiya verilib".
İdarə nümayəndəsi onu da bildirib ki, erkən nikahların olmasına görə yalnız din xadimlərini günahlandırmaq olmaz: "Çox zaman erkən nikahı məhz mollalara bağlayırlar. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Ailə, məktəb də erkən nikah məsələsində rol oynamalıdır. Ailə və məktəb öz məsuliyyətini mollanın üzərinə ata bilməz".
Onun sözlərinə görə, hələ 2001-ci ildə idarə fətva vermişdi ki, heç bir din xadimi rəsmi nikah kağızı olmadan kəbin kəsə bilməz. Dini kəbin kəsilərkən rəsmi nikahın qeydiyyat nömrəsi qeyd edilməlidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub