Azərbaycan ərazisində bazar gününə, sentyabrın 16-na olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22°, gündüz 28-32° isti, Bakıda gecə 20-23°, gündüz 30-32° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 16-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 16-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
352 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
345 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
333 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
317 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
317 dəfə oxunub