“CBC Sport” telekanalının rəhbəri Volkan Üst infarkt keçirib.
Mynews.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Özge Uzun sosial media hesabında məlumat yayıb.
“Biz həyatımızın geri qalan hissəsinin ilk gününü yaşayırıq. Volkan ağır infarkt keçirdi. Sərhədə qədər getdi, baxıb geri qayıtdı. Reanimasiyada günə yaxşı oyandıq. Qızımızla da danışdıq. Ona bildirdik ki, bir müddət evə gələ bilməyəcəyik”, - deyə Özge bildirib.
Qeyd edək ki, hazırda Volkan Üstün vəziyyəti normallaşıb.
Onu da bildirək ki, 2004-cü ildə evlənən cütlük 2014-cü ildə boşanmışdı. Onlar iki illik ayrılıqdan sonra yenidən 2016-cı ildə barışıblar.
Cütlüyün Dağhan ilə Ömür Siva adlı iki övladı var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub