Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 19-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 765 mm civə, nisbi rütubət 70-80 faiz olacaq.
Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Sentyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüd edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
352 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
345 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
333 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
317 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
317 dəfə oxunub