Şəmkir su anbarının sağ sahilində istifadəsi qanunvericiliklə qadağan edilmiş sintetik saplı torla balıq ovlayan şəxs saxlanılıb.
Bu barədə Mynews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon Xuluf kənd sakiniTural Rzazadə olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq, təqsirkar barəsində 429 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub