Sabah, sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək.
Mərkəzdən Mynews.az-a verilən məlumata görə, konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edəcək.
Konsert proqramında vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunacaq.
Tədbirdə Azərbaycanın xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupları çıxış edəcəklər. Türkiyənin məşhur “Anadolu atəşi” qrupu əsrarəngiz rəqslərlə gecəyə xüsusi rəng qatacaq.
Tədbir 20:00-da başlayacaq. Konsertə giriş sərbəstdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub