Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində yeni dərs ilinin başlanmasına həsr оlunmuş təntənəli tədbir kеçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Mynews.az-a verilən xəbərə görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər məktəbin müəllim və kursant kollektivini, onların valideynlərini təbrik edərək Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını qeyd ediblər.
DSX Xüsusi Məktəbinin yaradılmasında, formalaşdırılmasında və onun zəruri tədris bazası ilə təchiz olunmasında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mеhriban xanım Əliyеvanın və Heydər Əliyev Fondunun xidmətləri xüsusi olaraq vurğulanıb.
Məktəbdə kursantların yaxşı təhsil almasının, fiziki və mənəvi cəhətdən sağlam böyüməsinin, Azərbaycan Respublikasının Prezidneti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğu xüsusi qeyd edilib. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi ölkəmizdə çox böyük nüfuz qazanıb.
Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş ən yüksək standartlara cavab verən tədris korpusu cari ilin mart ayının 5-də Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaradıb.
Məktəbdə yüksək ixtisaslı pedaqoji kollektivin yaradıldığı, təlim və tədrisin müasir tələblər səviyyəsində qurulması üçün qabaqcıl metodların bacarıqla tətbiq edildiyi, hər il məktəbi bitirən kursantların əksəriyyətinin uyğurla imtahan verərək Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunduğu məmnunluq hissi ilə qeyd olunub.
Mərasimdə iştirak edən validеynlər Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və övladlarını təbrik еdərək onlara nəsihətlər veriblər. Tədbir kursantların təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.