"Gələn il də ali məktəblərə qəbul üçün maksimum bal 700 olacaq. Lakin abituriyent bu balın 300-nü buraxılış imtahanı zamanı, 400-nü isə qəbul imtahanlarında toplaya bilər"
Mynews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM rəhbəri qeyd edib ki, balları cəmləşdirəndə ali məktəbə qəbul üçün maksimal bal yenə 700 olur. "Yeni model ictimaiyyətə bir il əvvəl təqdim olunub. Məlumdur ki, qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 imtahan fənni təqdim olunur. Gələn ildən isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endirilib. Sualların tərkibində müəyyən dəyişikliklər olacaq. Bu isə ölkədə tətbiq olunan kurikulum sistemindən irəli gəlir".
M.Abbaszadə qeyd edib ki, yeni model imtahanda sualların təqdim olunma formatı dəyişdiriləcək, daha çox açıq tipli suallar, eləcə də tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq.
"Keçən ilin yazında bu modelə uyğun sınaq imtahan keçirdik. İimtahan 11-ci sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Oktyabrın sonu noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı keçirməyi planlaşdırırıq".
1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
343 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
336 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
324 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
311 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
307 dəfə oxunub