" Xəzər dənizində bir neçə burulğan müşahidə olunub " Umayra Tağıyeva

1164
" Xəzər dənizində bir neçə burulğan müşahidə olunub " Umayra Tağıyeva

"Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyalar Xəzər dənizi üzərində hər hansı təbii fəlakət qeydə almayıb".

Mynews.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, stansiyalarda son günlər təbii fəlakətlə bağlı hər hansı məlumat qeydə alınmaması səbəbindən hadisənin dəqiq vaxtı və başvermə ərazisini nə təsdiqləmək, nə də inkar etmək mümkündür: "Sosial şəbəkələrdə yayılan video görüntüdə müşahidə etdiyimiz proses smerç (burulğan) hadisəsidir. Bu hadisə Xəzər dənizi akvatoriyası üçün, demək olar ki, nadir hadisədir. Smerçlərə - partlayan meteoroloji hadisə deyilir. Smerç- buludların altında yaranan güclü, lakin kiçikmiqyaslı burulğan, vertikal, bəzən əyilmiş oxa, tünd rəngli bulud sütununa bənzəyir. Smerçin yaranması, atmosferin aşağı qatlarında atmosfer stratifikasiyasının xeyli qeyri-stabiliyi ilə səciyyələnir. İqlimşünaslar tərəfindən yarıməsrlik meteoroloji məlumatları analiz edərkən qeyd edirlər ki, smerçlərin yaranması riski artır. Mülayim qurşaqda yerləşən ölkələr üçün bu nadir hadisədir".

Mütəxəssis qeyd edib ki, smerç hadisəsi praktiki olaraq qabaqcadan proqnozlaşdırılması, hidrometeorologiya elmində bu vaxta qədər həllini tapmayan ən çətin məsələlərdən biridir: "Onların yaranması və inkişafı sayılı dəqiqələr arasında baş verir. Müasir rəqəmli modellər vasitəsi ilə smerçlərin yaranma yerini və vaxtını təyin etmək hələ ki, mümkün deyil. Smerç proqnozunun qəliz məsələ olduğunu ABŞ-ın hidrometeoroloji xidmətinin hesabatlarından da görmək olar. Belə ki, 1990-cı illərdə yalnız 6 dəqiqə qabaqcadan smerçin olmasını müəyyən etmək olardı, hazırda isə bu müddətin 15 dəqiqə qabaqcadan göstərilməsi böyük nailiyyət kimi qiymətləndirilir. Bu proses baş verdikdə müasir radiolokatorlar vasitəsi ilə prosesin inkişafını və hərəkət trayektoriyasını izləmək olar. Lakin qeyd etmək lazımdır ki, risklərin olması və hadisənin baş verməsi, bu fərqlı anlayışlardı. İstənilən proqnoz bir fərziyyədir".

U.Tağıyeva xatırladıb ki, son onilliklərdə Xəzər dənizinin şimal akvatoriyasında (Qazaxıstanda, Mahaçqalada) belə burulğanlar müşahidə olunub. 

Xəbər lenti