MDB ölkələri arasında ən az spirtli içki qəbul edənlər azərbaycanlılardır, burada bir insan (15 yaşdan yuxarı) il ərzində 0,8 litr spirtli içki qəbul edir.
Mynews.az xəbər verir ki, bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci il ərzində alkoqol və sağlamlıq vəziyyətinə dair hesabatında yer alıb.
Azərbaycanda yaşayanların 63 faizi sərt içkilərə, 29 faizi pivəyə, yalnız 8 faizi şəraba üstünlük verir.
Hesabatda Moldova ən çox spirtli içki qəbul edən ölkə hesab edilib (15,2 litr).
Rusiya bu siyahıda dördüncü pillədədir. Burada il ərzində insanlar 11,7 litr spirtli içki qəbul edir. İkinci yeri Litva (15 litr), üçüncü yeri isə Latviya (12,9 litr) tutub.
Müqayisə üçün bildirək ki, Almaniyada yerli sakinlər il ərzində 13,4 litr, Böyük Britaniyada isə 11,4 litr spirt qəbul edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub