KTMT məsələsi yenidən gündəmdə İrəvan hələ də qorxur

612
KTMT məsələsi yenidən gündəmdə İrəvan hələ də qorxur

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baza sənədlərində müəyyən edilmiş parametrlərə uyğun gəlmir".

Mynews.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu gün keçirdiyi brifinqdə deyib. KTMT və Avrasiya İqtisadi İttifaqında Azərbaycana müşahidəçi statusunun verilməsinin mümkünlüyü ilə bağlı jurnalistlərin narahatlığına cavab olaraq, Balayan onları sakitləşdirməyə çalışıb. 

“İndiki zamanda bunun olması mümkün deyil, çünki Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baza sənədlərində müəyyən edilmiş parametrlərə uyğun gəlmir. Azərbaycana müşahidəçi statusunun verilməsilə bağlı müzakirələr olmayıb və təşkilatda qərarlar konsensus əsasında qəbul edilir”, – deyə Balayan bəyan edib. 

Xatırladaq ki, bundan əvvəl Ermənistan XİN-in mətbuat katibi səlahiyyətlərini icra edən Anna Naqdalyan əgər Azərbaycan KTMT-yə üzv olmaq istədiyini bəyan edərsə və bu məsələ təşkilatın gündəliyinə çıxarılarsa, Ermənistanın təşkilatdakı veto hüququndan istifadə edərək bunun qarşısını alacağını bəyan etmişdi. 

Qeyd edək ki, son aylar erməni mətbuatında Azərbaycanın KTMT-yə üzv ola biləcəyinə dair məlumatlar yayılır və həyəcan təbili çalınaraq, bunun Ermənistan üçün hərtərəfli, xüsusən də, Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən olduqca təklükəli və ağır nəticələrə gətirib çıxaracağı vurğulanır. KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov ətrafında baş verən proseslərin də bir növ Azərbaycana “yaşıl işıq” yandırdığı qeyd olunur. 

Erməni KİV-ləri yazır ki, KTMT-nin Dağlıq Qarabağda mümkün müharibəyə qarışmaq səlahiyyəti olmasa da, indiyədək İrəvan təşkilata üzvlüyündən təhdid vasitəsi kimi istifadə edirdi və ən azı Qarabağ müharibəsi böyüyərək Ermənistan ərazisinə keçərsə, İrəvan təşkilatın nizamnaməsinə uyğun olaraq KTMT-nin hərbi dəstəyinə arxalanırdı. Lakin Azərbaycan təşkilata üzv olduqdan sonra İrəvan bütün təhdid rıçaqlarını itirmiş olacaq. Çünki KTMT iki üzv dövlətin müharibəsinə qarışaraq tərəflərdən kiminsə yanında yer almayacaq. Bu isə regionda hərbi balansı öz xeyrinə dəyişən Azərbaycana daha bir üstünlük verəcək. 

Məhz bu qorxusuna görə, rəsmi İrəvan onsuz da digər üzvlərinin Bakı ilə səmimi və sıx əlaqələrə malik olduğu KTMT-də Cənubi Qafqazın ən güclü ordusu və iqtisadiyyatına sahib Azərbaycanın təmsil olunmaması üçün “parametrlərin uyğunsuzluğu” kimi əsassız və cəfəng bəhanələr gətirərək, bunun qarşısını almağa çalışacağını gizlətmir.

Xəbər lenti