Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanması məsələsinə münasibət bildirib.
Mynews.az Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında Azərbaycanda məscidlərinin sayının artması ilə əlaqədar din sahəsində çalışan kadrlara ehtiyac olduğunu və Bakı İslam Universitetinin, eləcə də mədrəsələrin bu boşluğu doldurmaqda kifayət qədər fəaliyyət göstərdiyini deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycan çoxkonfessiyalı ölkədir və burada yalnız İslama deyil, digər dinlərə aid kadrlar hazırlanmalıdır.
O vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə görə ölkədə dini məbədlərdə çalışan şəxslər Azərbaycan vətəndaşı olmalıdır, eyni zamanda təhsillərini Azərbaycanda almalıdırlar: "Buna görə də, Prezident İlham Əliyev İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb və institut bu sahədə olan vəzifələri yerinə yetirəcək".
Dövlət Komitəsinin sədri bildirib ki, burada İslamla yanaşı, digər dinlərə aid kadr hazırlığı həyata keçiriləcək: "Bu cür məsələ ortada olduğuna görə Qafqaz Müsəlmanları İdarəsi təsisçi olaraq Bakı İslam Universitetinə gələn ildən qəbulun dayandırılması barədə qərar verib. 2, 3 və 4-cü kursda təhsil alan tələbələr öz təhsillərini başa çatdırana qədər Bakı İslam Universiteti öz fəaliyyətini davam etdirəcək. Dövlət İmtahan Mərkəzi bu il Bakı İslam Universitetinə qəbul olunan tələbələrin ayrı-ayrı təhsil ocaqlarına bölüşdürülməsi istiqamətində tədbirlər həyata keçirib və bu tələbələrin bəziləri də İlahiyyat İnstitutunda təhsillərini davam etdirəcəklər".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub