Türkiyənin "Star" telekanlında yayımlanan "Zühal Topalla izdivac" verilişi ilə məşhurlaşan azərbaycanlı model Naz Mila yenidən qınaq obyektinə tuş gəlib.
Mynews.az xəbər verir ki, model xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa, aparıcı Tünzalə Əliyevanı ələ salıb. Belə ki, son zamanlar aktrisanın xəstəliyi ilə bağlı yayımlanan qalmaqallı xəbərlərə Nazın münasibəti xoşagələn olmayıb.
"O gün mən pis olmuşdum ki, "Toppuş bacı" xəstədi. Bəs mənə niyə demirsiniz ki, özünə maşın, ev almaq üçün elə edir. Mənə də yardım edin, neçə vaxtdır yaxta almaq istəyirəm. Qrip olmuşam, yardım kampaniyası edin. İmkanım yoxdu gəmi almağa".
Qeyd edək ki, Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin aktrisanı xərçənglə özünü reklam etməsi ilə bağlı dediyi sözlər ölkədə böyük səs-küyə səbəb olub.
"Hamımızın "Toppuş bacı" kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə, müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. "Topuş bacı" nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxurlar" — deyə baş onkoloq əməkdar artisti tənqid edib.
Daha sonra isə Tünzalə Əliyevanın bahalı avtomobili və mənzili ilə bağlı yayılan xəbərlər insanlar arasında çaşqınlığa səbəb oldu. Çoxları aktrisanı efirə çıxaraq yalandan insanlardan pul yığmaqda ittiham etdi. Yayılan xəbərlərə açıqlama verən aktrisa evinin ipotekada olduğunu, maşınının isə məhkəmə ilə bağlı problemləri olduğundan sata bilmədiyini söyləyib.