Deputat Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edir.
Mynews.az xəbər verir ki, o, bu barədə parlamentdə çıxışında qeyd edib ki, gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək:
“Bələdiyyələrlə bağlı kifayət qədər qanunlar var. Amma bunların təkmilləşdirilməsinə ehtiyac var. Vaxt və say baxımından təkmilləşmə olmalıdır. Çünki bələdiyyə üzvlərinin sayı həddindən artıq say çoxdur. Bu qədər sayda bələdiyyə üzvünün təmsilçiliyinə ehtiyac yoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var. Ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Bunlar nəyə lazımdır?”.
Deputat həmçinin milli adətlərlə bağlı olan qanunlarımızın sərtləşdirilməsini təklif edib:
“Burada istər yas, istərsə də toy mərasimləri yer alır. Artıq zamanı gəlib çatıb ki, bu məsələlər qanunla tənzimlənsin. İndi bunu ictimai tənbehlə tənzimləmək mümkün deyil. Ziyalılar çıxış edir, deputatlar da deyir, amma nəticəsi yoxdur. Ona görə də qanun qəbul olunmalıdır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub