Azərbaycanda məmurları qoruyacaq heç bir mexanizm yoxdur.
Mynews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin payız sessiyasının ilk iclasında deyib.
O qeyd edib ki, ölkədəki məmurlar öz işlərini bilən savadlı və dürüst mütəxəssislərdir:
“Amma müəssisə sahibi, komitə sədri, nazir dəyişən kimi məmurların problemləri yaranır. Hər bir nazir ya komitə sədri “öz meyarlarını” gətirir və oranı istədiyi kimi idarə edir. “Sözə baxmayanları” isə istədiyi vaxt işdən çıxarır. Heç nəyi , o cümlədən, həmin məmurun keçmiş fəaliyyətini nəzərə almır. Ona görə də məmurları qoruyacaq hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var. Parlament bu məsələdə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub