Sentyabrın 28-də Türkiyənin Sivas vilayətində III Beynəlxalq Termal Turizm Zirvəsi keçirilib.
Mynews.az-ın məlumatına görə, Türkiyə Sağlıq Turizm Assosiasiyasının Sivas valiliyi ilə birgə təşkil etdiyi tədbirə 52 ölkənin dəri xəstəlikləri üzrə tibb mütəxəssisləri, turizm agentliklərinin nümayəndələri və jurnalistlər olmaqla, 250 iştirakçı qatılıb.
Zirvə görüşünə Sivas valisi Davut Gül, Sivas Bələdiyyə başçısı Sami Aydın, Ticarət Nazirliyinin Xidmətlər və Dövlət Sərmayəsi Departamentinin müdiri Alperen Kaçar, Türkiyə Sağlıq Assosiasiyasının - THTC qurucusu və rəhbəri Emin Çakmak və Sivasın digər səlahiyyətli nümayəndələri iştirak edib.
Eyni zamanda, THTC-nin Azərbaycan Şəbəkə ofis direktoru Fərid Məcidovun rəhbərliyi ilə Azərbaycan səhiyyə işçilərindən və jurnalistlərdən ibarət 11 nəfərlik nümayəndə heyəti qatılıb.
Tədbirin keçirilməsində əsas məqsəd Sivasın termal sularını və Türkiyədə Avropada uzun illərdir bir çox dəri xəstəliklərinin müalicəsində istifadə edilən “həkim balıqları”nı dünyaya tanıtmaqdır.
İstiqlal Marşı ilə başlanan tədbirdə ilk olaraq Sivasın sağlamlıq turizminə həsr olunan film nümayiş etdirilib. Tədbiri çıxış nitqi ilə açan THTC prezidenti Emin Çakmak Sivası şəfa mənbəyi adlandıraraq, sağlamlıq turizmində mühüm yeri olduğunu vurğulayıb. 13 il fəaliyyət göstərən THTC-nin Türkiyədə 375 üzvü, 91 ölkədə 165 nümayəndə ofisi olduğunu qeyd edib.
Daha sonra Sivas valisi Davut Gül Sivasın təhlükəsiz, ən az cinayət işlənən şəhərlərdən biri olduğunu xüsusilə qeyd edib.
Tədbirin ən diqqətçəkən məqamlarından biri qonaqları Sivasın məşhur kangal itlərinin qarşılaması olub.
Tədbir çərçivəsində B2B formatında təkbətək görüşlər keçirilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub