“Qarabağ”ın UEFA Avropa Liqasının II turunda İngiltərənin “Arsenal” komandası ilə keçirəcəyi oyun günü metro güclənləndirilmiş iş rejimində işləyəcək.
Bunu Mynews.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovbildirib.
Onun sözlərinə görə, oyunla bağlı metropoliten tərəfindən təsdiq olunmuş əməliyyat planı var:
“Həmin plana uyğun olaraq, “Koroğlu” metrostansiyası oyun başa çatana və insanların daşınması bitənə kimi gücləndirilmiş iş rejimində çalışacaq”.
Bəxtiyar Məmmədov bildirib ki, bunun üçün lazım olan canlı qüvvə və texniki vasitələr də ayrılacaq:
“Ehtiyat qatarlar nəzərdə tutulub. Zərurət yaranacağı təqdirdə əlavə qatarların buraxılması da mümkündür. Bu da intervalın azalması deməkdir. Sərnişin təhlükəsizliyi və rahatlığı ilə bağlı hər bir məsələ əməliyyat planında nəzərdə tututlub. Hər şey stadiona gələn tamaşaçıların sayından asılıdır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub