Sürücü Rüstəm Cəfərov yolda başına gələn xoşagəlməz hadisəni sosial şəbəkədə paylaşaraq, YPX əməkdaşlarına öz təşəkkürünü bildirib.
Mynews.az Avtosfer.az-a istinadən xəbər verir ki, sürücü oktyabrın 1-i, səhər saatlarında paytaxtın M.Rüstəmov küçəsində hərəkətdə olarkən onun qarşısına keçən 99-BV-293 qeydiyyat nişanlı, “Kia Sorento” markalı avtomobilin sürücüsü lüzumsuz olaraq tormoz verib onun hərəkətini məhdudlaşdırıb.
Sürücü Rüstəm Cəfərov qarşıdakı sürücünün bu hərəkətindən qəzəblənərək, yolda xidmət aparan 99-YP-372 qeydiyyat nişanlı patrul avtomobilinə yaxınlaşıb. YPX əməkdaşı sürücünün haqlı iradına dərhal reaksiya verərək, qeyd etdiyimiz avtomobilin sürücüsünü törətdiyi xətaya uyğun olaraq məsuliyyətə cəlb edib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub