Bu ayın birinci yarısında Azərbaycanda hava şəraiti mülayim keçəcək. Ancaq 13-14 oktyabrdan başlayaraq, respublika ərazisində güclü yağışlar yağacaq.
Mynews.az bu fikirləri açıqlamasında azərbaycanlı ekoloq, Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti Telman Zeynalov deyib.
Onun sözlərinə görə, Azərbaycanın müvafiq qurumları artıq indidən sel və leysanlara qarşı hazırlıq işlərinə başlamalıdır.
“Azərbaycanda yağışlı payızı proqnozlaşdırmaq üçün kifayət qədər əsas var. Yağıntılar iqlim normasından bəzən çox olacaq”, - Zeynalov bildirib.
Xatırladaq ki, sentyabrın 23-də Bakıda güclü yağış yağıb. Bir neçə dəqiqə davam edən yağış nəticəsində paytaxtın bəzi küçələri həqiqi çaya çevrilib. Bəzi yerlərdə suyun dərinliyi yarım metrə çatıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub