Kişilər bu qış belə geyinəcək FOTO

694
Kişilər bu qış belə geyinəcək FOTO

2018-2019 Payız/Qış mövsümündə trendlər keçmişdən gələcəyə özünü göstərir.

Mynews.az xəbər verir ki, pencəklərlə isti münasibətini pozmayan dizaynerlər soyuq qışa hazırlaşıb.

Hazırlaşın! 90-lara qayıdırıq!

1990-cı illərin mərhəmətsiz trendləri bu qış qarşımıza çıxacaq. 

İdman geyimləri, papaqlar, ayaqqabılar, demək olar ki, özündə 90-cı illərin tərzini əks etdirəcək.

Dəri ilə özünü dəyişdir!

Bu mövsüm “Fendi”dən tutmuş “Dunhill”ədək hər yerdə dəri geyimlər nəzərə çarpacaq. Dəri libaslarla cəsarətinizi göstərin!

Geyimlərinizdən şörlinqi əskik etməyin!

Yüksək keyfiyyətk şörlinq gödəkçə (ilk dəfə qırxılan qoyunun yunu) mövsümün ən hit libasları arasındadır. “Giorgio Armani”, “Belstaff” və “Philipp Plein” kimi brendlərdə bu mövzuda seçimlər çoxdur.

Bəlkə, dağa çıxaq?

Mövsümün mühafizəkar və idmansayağı psixoloji vəziyyəti soyuq havalarla bağlıdır. Qalın botlar və paltolarla dağa çıxmağa hazır olmalısınız.

Yeni növ üst geyimləri

Dözümlü parçalar və “oversize” (böyük) formalarda olan kurtkalar bu mövsümün vazkeçilməzləri sırasındadır.

Payızın favorit rəngi: Qəhvəyi

Qəhvəyi kostyum, qısa palto və ya aksessuar. Bu mövsüm də qəhvəyi ilə münasibətinizi qaynar saxlayın.

Dama-dama göl olar!

Nə qədər çox dama, bir o qədər yaxşı stil! 2018-2019 Payız/Qış mövsümündə bu sözü ağlınızdan çıxarmayın. Unutmayın ki, damalar, sadəcə, köynəklərlə sərhədlənmir.

Qərb dizaynerlərin radarında!

Qərb mədəniyyəti bir müddətdir dizaynerlərin radarına düşüb. Hələ də yoxlamamısınızsa, indi tam vaxtıdır. Kovboy botlar iddialıdır, deyirsinizsə, “Calvin Klein” köynəyi ilə test edin.

Xəbər lenti