Psixoloq: Uşaqlarınıza yaşıl rəngli paltarlar geyindirməyin VİDEO

608
Psixoloq: Uşaqlarınıza yaşıl rəngli paltarlar geyindirməyin VİDEO

Qidalar orqanizmi bəslədiyi kimi, rənglər də ruhu bəsləyir. Həyatı rənglərsiz təsəvvür etmək çətin olar. Çünki təbiətin, rastlaşdığımız hər bir obyektin, hətta insanların xarakterinin belə öz rəngi var.

Mynews.az xəbər verir ki, psixoloq Xatirə Səfərova Baku TV-yə açıqlamasında deyib ki, rənglər insan psixologiyasında böyük rol oynayır.

“İstər müştəri xidmətlərində, istər iqtisadi cəhətdən formalaşmasında, iş biznesinin planlamasında, uşaqların inkişafında çox böyük önəmi var”. 

O, əvvəlcə qırmızı rəngin mənasından danışıb.

“Qırmızı rəngi enerjili, daha çox riskli, aqressiyası çox olan və cəsarətli insanlar sevir. Qırmızı rəng iştahaaçıcı rəngdir. Əgər bir insanın iştahası aşağıdırsa, ona qırmızı rəngi məsləhət görürlər”.

Müsahibimiz mavi rəngi iş görüşmələrinə geyinməyi tövsiyə edib.

“Mavi rəng sakitləşdirici, intellekt rəngidir. İş görüşmələrinə gedəndə mavi rəngli paltarın geyinilməsi ağıllı, səmimi söhbətə gətirib-çıxarır. Mavi rəngdən çox istifadə olunması insanı daim gərginlikdə saxlayır. Tünd mavi rəng isə siyasi görüşlərin rəngidir. Tünd göy rəngə müraciət edən insanlar özlərini daim idarə edə bilənlərdir. Uğurlu biznesmenlər tünd göy rəngdən istifadə edirlər”.

O, yaşıl rəngli geyimləri uşaqlara geyindirməməyi məsləhət görüb.

“Yaşıl rəng təbiətin rəngidir. Həmin rəng sakitləşdirici, təmizlik effekti verir. Yaşıl rəng ondan çox istifadə edən insanlarda sakitlik yaradır. Uşaqlara bu rəngi çox geyindirmək olmaz. Çünki uşaqlar öz energetik qabiliyyətlərini, daxili dünyasını çıxara bilmir. Bir növ donub qalır”.

Xatirə Səfərova digər rənglərin xarakteristikasından da danışıb. 

“Bənövşəyi rəngi sevənlər yenilikçidirlər, tərifi çox sevirlər və eqolu olurlar. Sarı rəng işıqdır, enerjidir, optimist insanların rəngidir. Sarı rəngi sevənlərin əksəriyyəti fikirlərini tez-tez dəyişirlər. Eyni zamanda, onlar müvəqqəti bir yerdə qalmağı sevmirlər. Sarı rəngi sevən insanlar iddialı olurlar, diqqət çəkməyi bacarırlar. Sarı rəngin mənfi cəhəti də var. O, uşaqların inkişafına yaxşı təsir etmir”.

O, ölkədə tünd rəngli geyimlərin çox istifadə olunmasının səbəblərini də qeyd edib.

“Çəhrayı rəngi sevən insanlar “mən buradayam” deyir. Bu rəngi xoşlayanlar konfliktə meyilli olurlar. Ağ rəngə üstünlük vermək təmizlik, işgüzarlıq qabiliyyətlərinin olduğunu göstərir. İddialı, əmin, inkaredici xarakterə malik insanlardır. Şərq millətləri pessimistliyə meyilli olduğu üçün qara rəngi sevirlər”.

Xəbər lenti