Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə müraciət edib.
DYP-dən Mynews.az-a verilən məlumata görə, Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli, 1 Nömrəli Qərarına əsasən paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksiumum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində oktyabrı ayının 1-dən may ayının 1-dək səhər saat 07:30-dan axşam 20:00 -dək məhdudlaşdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsi idarə, müəsissə, və fiziki şəxslərə məxsus kütləsi 5 tondan artıq olan yük avtomobillərinin sürücülərinə tövsüyyə edir ki, yollarda hər hansı problemlə üzləşməmələri üçün qeyd olunan vaxt rejiminə əməl etsinlər .
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub