Ağırtonnajlı nəqliyyat vasitələrinin paytaxta girişi məhdudlaşdırılır.
Bunu Mynews.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
Qurum rəsmisi bildirib ki, paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksimum kütləsi beş tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində oktyabr ayının 1-dən may ayının 1-nə kimi səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılıb.
Rüfət Quliyev qeyd edib ki, Baş Dövlət Yol Polisi İdarəsi müəssisə, idarə və fiziki şəxslərə məxsus kütləsi beş tondan artıq olan yük avtomobillərinin sürücülərinə tövsiyə edib ki, yollarda hər hansı problemlə üzləşməmələri üçün qeyd olunan vaxt rejiminə əməl etsinlər.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub