“Bakı Metropoliteni” QSC-nin "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirləri çərçivəsində sabahdan günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.
Mynews.az quruma istinadən xəbər verir ki, sərnişinlər saat 8:20-dən saat 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər.
"Məlumdur ki, bu məhdudiyyətlər avqustun 8-dən mərhələlərlə tətbiq edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb.
"Bakı Metropoliteni"nin yeganə yerüstü stansiyası olan “Bakmil” stansiyasının uzunmüddətli istismarı dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğularının yenilənməsi, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidən qurulması günün zəruri tələbidir.
Günün qeyd edilən saatları ərzində (8:20-17:00) sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur. Onu da əlavə edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərir.
"Bakı Metropoliteni"nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir" - deyə məlumatda qeyd olunub.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub